Vidadi Zeynalov generalların məhkəməsinə gətirildi - Qəfildən halı pisləşdi


21:27     13 İyul 2017 vidadi_zeynalov_0145.jpg

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.


Femida.az xəbər verir ki, iclasda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov şahid qismində ifadə verib. Bu barədə onun vəkili Ceyhun Yusifov bildirib. Qapalı keçirilən iclasda V. Zeynalovun səhhətində problem olub. İclasın normal keçdiyini deyən vəkil iltizama qol çəkdiyi üçün V. Zeynalovun ifadəsinin detallarını açıqlaya bilməyəcəyini deyib.

Proses davam edir.


Femida.az

Açar sözlər:

Oxunub: 3582