AŞPA həmməruzəçisi ilə görüş keçirilib - Ombudsman aparatında


00:50     15 İyun 2017 unnamed0.jpg

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aparatında qəbul edilib.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə AŞ Bakı Ofisinin rəhbəri Jöel Mermet də iştirak edib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqlara Ombudsman təsisatının fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsi, təbliği və təmini istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib.

Ombudsman Aparatının şöbə müdiri, MPQ-nin rəhbəri Rəşid Rumzadə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, penitensiar müəssisələrdə həyata keçirilən başçəkmələr, milli və beynəlxalq standartlar əsasında verilmiş tövsiyələr və onların icrası vəziyyəti, qəbul olunan şəxslər və onların müraciətlərinin effektiv təmini istiqamətində görülən işlər və yaradılmış səmərəli əməkdaşlıq əlaqələri barədə çıxış edib.

Görüşdə qonağı maraqlandıran digər suallar da ətraflı cavablandırılıb və AŞ ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 804