AŞPA həmməruzəçiləri Oqtay Əsədovla görüşüb


23:34     14 Sentyabr 2017 15053948501131220887_1000x669.jpg

Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb


Femida.az xəbər verir ki, görüşdə Milli Məclisin sədri Azərbaycanın AŞPA ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri növbəti dəfə Azərbaycan parlamentində olmalarından məmnunluqlarını ifadə ediblər. Qonaqlar ümidvar olduqlarını bildiriblər ki, AŞPA ilə Azərbaycan arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 832