Nazir Cəlilabadda vətəndaşlarla görüşəcək


19:48     16 İyun 2017 kemaleddi%20haydarov.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyun 20-də Cəlilabad şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbulda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 iyun 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 639