Polis əməliyyat keçirdi - Üç kilo marixuana tutuldu


18:39     17 İyun 2017 2015-06-02-11-05-11azeri-polisi-liderxeber-640.jpg

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakinləri Kamal Hüseynovdan 2 kiloqram 349,9 qram, Sadiq Şabanovdan 31,52 qram marixuana aşkar edilərək götürülüb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Həmid Əliyevdən 720 qram marixuana götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 571