İşsizlərin nəzərinə - İŞ VAR


00:02     20 Avqust 2015 yarmarka.jpg


Növbəti yarmarkanın vaxtı açıqlandı.

Daha iki rayonda əmək yarmarkası təşkil ediləcək.

Bu barədə Femida.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən (ƏƏSMN) bildirilib.

Belə ki, nazirliyin məlumatına görə, növbəti əmək yarmarkaları avqustun 20-də Oğuz, avqustun 21-də isə Hacıqabul rayonunda keçiriləcək.


Qeyd edək ki, Oğuzda təşkil olunan yarmarka rayonun Məşğulluq Mərkəzinin inzibati binasında, Hacıqabulda keçirləcək yarmarka isə adıçəkilən rayonun Mədəniyyət Evinin binasında baş tutacaq.

Onu da əlavə edək ki, işsizlərə Oğuz rayonunda 30 müəssisə üzrə 180, Hacıqabul rayonunda isə 33 müəssisə üzrə 130-dan çox vakant yerlər təşkil ediləcək.

Açar sözlər:

Oxunub: 1835