Pakistanda iki partlayış - 36 nəfər ölüb


00:28     24 İyun 2017 pakistan_2387757676.jpg

Pakistanın şimal-qərb bölgəsində baş verən partlayışlar nəticəsində 25 nəfər ölüb.

Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ardıcıl iki partlayış Paraçinar şəhərinin ticarət mərkəzində törədilib.

Bu gün səhər saatlarında isə Kvetta şəhərində, Bəlucistan əyalətinin polis idarəsinin yaxınlığında törədilən partlayış nəticəsində 11 nəfər ölüb.

Terror aktlarına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 754