“Bank of Baku“ya yeni sədr təyin olundu


20:20     30 Aprel 2015 ebac76a74d81ca2bbb237e286710c4a5.png

Aprelin 28-də keçirilən “Bank of Baku” ASC-nin Müşahidə Şurasının iclasında bankın yeni İdarə Heyətinin sədri vəzifəsinə Abbas İbrahimovun təyin edilməsi qərarı verilib.

Bankdan Femida.az-a verilən məlumata görə, A. İbrahimov may ayının 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq.

“Bank of Baku”nun fəaliyyətində əvəzsiz əməyi olan keçmiş sədr Fərid Hüseynov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər maliyyə qurumda davam edəcək.

A. İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr dərəcəsini, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə magistr dərəcəsini alıb.

Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan A. İbrahimov, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlib. 2010-cu ildə isə “Bank of Baku”nun İdarə heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilib.

Açar sözlər:

Oxunub: 567