Ağdaşda qızı ölümün caynağından qurtardılar


15:31     03 İyul 2017 xestexana_875.jpg

Ağdaş rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, ötən gün şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanova Məleykə İlham qızı yaşadığı evdə sirkə turşusu içib. O, təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Gənc qızın ağrılardan əziyyət çəkdiyi üçün sirkə turşusu içərək intihar etmək istədiyi bildirilir. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1453