Azərbaycandan Türkiyəyə gedənlərin çoxalıb


16:39     03 İyul 2017 istanbul-Galata-Tower-1112x630.jpg

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,96% artaraq 2017-ci ilin yanvar-may ayları ərzində 243 421 nəfərə çatıb.


Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu ilin may ayı ərzində Azərbaycandan Türkiyəyə 56 408 nəfər səfər edib ki, bu da illik müqayisədə 23,47% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Türkiyyəyə səfər edənlərin sayında 10,37% azalma qeydə alınıb. Belə ki, 2016-cı ilin ilk beş ayında Türkiyəyə 188 761 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Femida.az

Açar sözlər:

Oxunub: 929