Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb


01:43     02 Avqust 2017 turist90.jpg

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,51% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 306 644 nəfərə çatıb. Beləliklə, cəmi xarici ziyarətçi sayında azərbaycanlıların xüsusi çəkisi də 2,22%-dən 2,50%-ə yüksəlib.


Femida.az bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.
Təkcə bu ilin iyun ayı ərzində Azərbaycandan Türkiyəyə 63 223 nəfər səfər edib, bu da illik müqayisədə 26,81% çoxdur.
Yanvar-iyun aylarında Türkiyəyə səfər edən xarici vətəndaşların sayı illik 14,05% artaraq 12 249 449 nəfərə çatıb. Bu müddətdə Türkiyəyə səfər edən xarici vətəndaşlar arasında ilk beşlikdə Rusiya (1 692 103), Almaniya (1 246 744), Gürcüstan (1 073 271), İran (1 006 481) və Bolqarıstan (799 279) sıralanıb.

Açar sözlər:

Oxunub: 785