Qaxda musiqiçi itkin düşüb
21:58 03 İyul 2017
Qaxda 40 yaşlı kişi itkin düşüb.
Femida.az "Report"a istinadən xəbər verir ki, bu il iyulun 2-də Qax şəhəri M.Gəncəvi küçəsi ev 5 ünvanında yaşayan Aynurə Vahid qızı Kazımova Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı 40 yaşlı Rəşad Vaqif oğlu Cəfərov 22.06.2017-ci il tarixində axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Rəşad Cəfərovun əlamətləri: Boyu 178 sm, gözlərinin rəngi qəhvəyi, saçları qısa və qaradır. Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ köynək, qırmızı qalistuk, göy rəngli pencək, ayağında şabalıdı rəngli ayaqqabı olub.
R.Cəfərov sintezator ifaçısı olub. Həyat yoldaşının bildirdiyinə görə, o, iyunun 22-də Bakı şəhərinə məhz sintezator almaq adı ilə gedib.
Onu görənlərdən və yaxud yerini bilənlərdən Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.
(02425) 5 23 52
(055) 755 73 71
(055) 656 65 36
Femida.az
Oxunub: 651
Oxşar xəbərlər
- Qaxda zavodda yanğın olub
- Qaxda yanğının qarşısı alındı
- Qaxdakı yanğın söndürüldü
- Qaxda ağır qəza - ölən və yaralananlar var
- Qaxda şagird ehtiyatsızlıqdan özünü asıb
- Qaxda Bayraq Muzeyinin açılışı olub
- Qaxda ağac `soyqırımı` - Nazirlik prokurorluğa akt göndərdi
- Qaxda xəstəxana yanıb
- Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi
- Qaxda qəza - Xəsarət alanlar var