Qaxda şagird ehtiyatsızlıqdan özünü asıb


22:03     26 Avqust 2017 intihar%20%20w.jpg

Qaxda intihar edən 13 yaşlı oğlanın ehtiyatsızlığın qurbanı olduğu məlum olub.


Femida.az xəbər verir ki, bu barədə "Report"a Əmbərçay kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, səkkizinci sinif şagirdi Süleyman Şəliyev fındıq bağında üçüncü sinifdə oxuyan bacısına zarafatla 8 gün öncə kənddə 28 yaşlı Elman adlı şəxsin özünü necə asmasını göstərmək istəyib və "bax, Elman özünü belə asmışdı" deyib. Bu zaman ip S.Şəliyevin boğazına dolanıb və o, boğularaq ölüb.

Qeyd edək ki,18 avqust tarixində Əmbərçay kəndində 28 yaşlı Elman Camalov yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə özünü asaraq intihar etmişdi.
Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 874