Qaxda Bayraq Muzeyinin açılışı olub


21:04     03 Avqust 2017 bayraq%20qax.jpg

Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.


Femida.az-ın məlumatına görə, prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, inşasına 2016-cı ildə başlanılan Bayraq Meydanı kompleksi istifadəyə tam hazırdır. Ərazisi üç hektar olan kompleksin inşası rayonun daxili imkanları hesabına həyata keçirilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır.

Femida.az

Açar sözlər:

Oxunub: 1465