Bu körpü bağlanır - DİQQƏT!


14:56     04 İyul 2017 1425036076_1424869951_yol-temirgh1.jpg

Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə 5 iyundan səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.


"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Femida.az -a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən körpü Novxanı-Pirşağı avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1126