Ağdaşda yeni doğulan körpə dünyasını dəyişib


01:46     05 İyul 2017 korpe8.jpg

Ağdaş rayonunda yeni doğulan körpə dörd gün sonra dünyasını dəyişib. Uşağın anası və nənəsi hadisədə pediatrı günahlandırır. Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib.

İkinci dəfə uşağı olan qadın 9 ay bətnində gəzdirdiyi övladının sevincini tam yaşaya bilmədi.

Femida.az xəbər verir ki, Ağdaşın Yengicə kənd sakini 23 yaşlı Məryəm Qocayeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə doğuş keçirib.
Uşağın anası və nənəsi hadisədə xəstəxananın doğum şöbəsinin pediatrı Rəhilə Xəlilovanı günahlandırırlar. Onlar körpənin sağlam olaraq doğulduğunu və səhlənkarlıq səbəbindən öldüyünü idda edirlər.
Uşağın vəziyyətinin pisləşdiyini görən ailə, onu Bakıdakı xəstəxanalardan birinə aparıb. Sarılığın faizi artıdığından, həkimlər körpənin yaşamayacağını bildiriblər. Hakim Rəhilə Xəlilova isə haqqında deyilənləri qəbul etmir və körpənin sağlamlığına qovuşması üçün əlindən gələni etdiyini deyir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Xüsusi Komisiyya tərəfindən ölümün səbəbi araşdırırlır. Araşdırma yekunlaşdıqdan sonra uşağın hansı səbəbdən öldüyü müəyyənləşdiriləcək. Yalnız cavablardan sonra müvaffiq addım atılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 756