Mənzildə qadın meyiti tapılıb


13:13     06 İyul 2017 meyit%20(5).jpg

Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Samayelova Roza Samayıl qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:01-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 555