Məzuniyyət pulu nə vaxt ödənilməlidir?


13:46     10 İyul 2017 995EC1FC-5FEB-4DA1-8509-C71074F2EC98_cx0_cy1_cw0_mw1024_s_n_r11.jpg


Yay aylarında işçiləri narahat edən ən ciddi problemlərdən biri də məzuniyyət pulunun ödənilməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, məzuniyyət pulunun ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir.

Bir sıra müəssisələrdə müəyyən səbəblərdən işçinin məzuniyyət pulu (məzuniyyət vaxtı üçün orta əmək haqqı), işçi məzuniyyətə çıxdıqdan sonra, bəzi hallarda isə hətta növbəti ayın əmək haqqısı ilə birlikdə ödənilir.

Vəkil Asif Abdullayev Femida.az-a açıqlamasında bildirib ki, bu hal əmək qanunvericiliyinə uyğun deyil:

“Əmək məcəlləsinə əsasən, məzuniyyət pulu, məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Əks təqdirdə, (əgər əmək müqaviləsində və ya kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa) işçi tələb edə bilər ki, məzuniyyətinin başlanğıcı, ona məzuniyyət pulunun ödənildiyi gündən hesablansın”.

Vəkil qeyd etdi ki, işçiyə məzuniyyət müddəti başlamamışdan öncə pulun ödənilməsi ona yönəlmişdir ki, işçi məzuniyyətini daha səmərəli keçirə bilsin, digər sözlə desək, işçinin məzuniyyət müddətində xərclik pulu olsun.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 12712