Tarixi kənd qazsız və işıqsız qaldı – Tovuzda nə baş verib?


19:35     11 İyul 2017 kohneqala.jpg

Tovuz rayonu Köhnəqala kənd sakinləri qazsız və işıqsız qalıb.Bu barədə Femida.az -a kənd sakinləri məlumat verib. Kənd sakini Çingiz Həsənovun sözlərinə görə, dünəndən etibarən kəndə verilən qaz dayandırılıb.Bunun səbəbini öyrənmək istəsələr də, cavab ala bilməyiblər.


Sakinlərin dediyinə görə, qonşu kəndlər olan Qovlarda, İbrahim Hacılıda,Alakolda qaz verilmir. Bu səbəbdən də kəndlərdə çörək qıtlığı yaranıb.


Digər kənd sakini Şəlalə Məmmədovanın sözlərinə görə bu gündən etibarən kəndə verilən elektrik enerjisi də kəsilib:

“ Dünən qazımız, bu gün də işığımız kəsildi. İsti havada ərzaqlarımız xarab olur.Bizə bununla bağlı heç bir məlumat verilmir.”
Xatırladaq ki, təxminən 3000 nəfərə yaxın əhalisi olan Köhnəqala kəndi Azərbaycanın qədim kəndlərindən hesab olunur. Dağ ətəyində yerləşən kənd Alakol inzibati ərazi vahidliyinə daxildir. Alakol Bələdiyyəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərə cavab verən olmadı.

Femida.az məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayıq.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə,kəndə elektrik enerjisinin verilişinin dayandırılması qəza ilə bağlı olub. O, həmçinin bildirib ki, 42 dəqiqəlik fasilədən sonra kəndə elektrik enerjisinin verilməsi bərpa olunub.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4222