Axtarışda olan 20 nəfər həbs edilib


00:20     12 İyul 2017 1422464061_hebs6.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.


Femida.az Daxili İşlər Nazirliyin (DİN) saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 675