Sosial mənzillər kimlərə təklif olunacaq? - AÇIQLAMA


14:07     13 İyul 2017 sosial%20ev.jpg

"Son günlər MİDA Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3 yaşayış binasının tikintisinə inşaat şirkətinin cəlb edilməsi ilə bağlı suallar verilməkdədir. Bununla sosial mənzil şəhərciyində yalnız güzəştli kateqoriya üçün deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması nəzərdə tutulacaq".


Femida.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, MİDA Məhdud Məsuliyyətli Cəmiyyəti 3 yaşayış binasının (iki 12 mərtəbəli 1 bloklu və bir 9 mərtəbəli 2 bloklu) tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb. İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Bununla belə, digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək. Nəticədə, şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcək. Gözlənilir ki, həmin binalardakı mənzillərin qiyməti sosial mənzillərə nisbətən daha yüksək olacaq. Təbii ki, MİDA həmin binalardakı mənzillərin qiymətinə müdaxilə etməyəcək, bu birbaşa əmlak bazarındakı qiymətlərə uyğun olacaq. Bununla yanaşı, əgər vətəndaşın güzəştli statusu yoxdusa və sosial mənzil şəhərciyində evə sahib olmaq istəyirsə o zaman sözügedən 2 binadakı mənzillərə müraciət etmək hüququ olacaq.

Eyni zamanda, 60 mənzillik 12 mərtəbəli binanın pulsuz olacaq MİDA-nın sərəncamına verilməsi sosial evlərin ümumi xərcinin və eləcə də sosial mənzillər üçün aylıq ödəniş məbləğinin azalmasına səbəb ola bilər.”

Femida.az

Açar sözlər:

Oxunub: 3215