Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı
23:59 21 Avqust 2017
Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüslə çıxış edib. Onlar “İlham Əliyevin dostları” səhifəsini yaradıblar. “Facebook” və “İnstagram”da, eyni zamanda, “Twitter”dəki hesablarda Azərbaycan Prezidentinin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlətimizin başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir.
Azərbaycan Mətbuat Şurasından Femida.az -a verilən məlumata görə, səhifələrin əsas məqsədi Prezident İlham Əliyevin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir.
Fəaliyyət göstərdiyi qısa müddətdə “İlham Əliyevin dostları” “Facebook” səhifəsini bu sosial şəbəkənin minlərlə istifadəçisi ziyarət edib və bəyənib. “Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostu olmaqla yanaşı, ölkədə söz və ifadə azadlığının qorunmasının ən böyük təminatçısıdır”, - deyə səhifənin təqdimat bölümündə bildirilir.
“Prezidentimizi sevmək, dövlətə və dövlətçiliyə sədaqət göstərmək ümdə borcumuzdur”, “Dövlət başçısının jurnalistlərin dostu olması mətbuatın ən böyük uduşudur”, “Dost olmaq da ayrı bir qürurdur!”- səhifənin dəyərləndirmələr bölməsində jurnalistlər Azərbaycan Prezidentini medianın dostu seçilməsini belə şərh edirlər.
Səhifədə, həmçinin dövlət başçısının fəaliyyətini əks etdirən fotoalbomlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb. Təşəbbüsçülər öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşmağa, şərhlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuata dövlət qayğısını əks etdirən yazılar da yerləşdirilib.
Azərbaycan Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətinin nümayəndələrini jurnalistlərin bu təşəbbüsünə qoşulmağa, səhifələrdə fəal şəkildə öz fikirlərini bildirməyə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin media siyasətini dəstəkləməyə çağırır.
Femida.az
Oxunub: 1036
Oxşar xəbərlər
- Sosial şəbəkədə intim xidmət təşkil edənlərə ağır cəza verildi
- Sosial şəbəkələrdə təhqir hansı məsuliyyətə səbəb olur?
- Sosial sığorta ehtiyatından istifadə ilə bağlı fərman
- Sosial müavinət alanların sayı açıqlandı
- Sosial yardım alanların sayı azalıb
- Sosial ev almaq `ASAN`laşdı
- Sosial mənzillər kimlərə təklif olunacaq? - AÇIQLAMA
- Sosial şəbəkələrdə yayılan video köhnədir - Nazirlik açıqlama yaydı
- Sosial ev almaq istəyənlərin nəzərinə: Hamı qeydiyyatdan keçsin!
- Sosial mənzillərə qeydiyyat başlayır