Sosial müavinət alanların sayı açıqlandı
00:46 20 Avqust 2017
Azərbaycanda iyulun 1-i vəziyyətinə 378,0 min nəfərə sosial müavinətlər təyin olunub.
Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı 22,0 min nəfər, əlilliyə görə - 155,9 min nəfər, ailə başçısını itirməyə görə - 43,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 72,2 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 53,8 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 395 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,8 min ailəsinə 18,3 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 2354 nəfər bir yaşadək uşağa görə 2301 ailəyə və beşdən çox uşağı olan 3,0 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.
Femida.az
Oxunub: 1513
Oxşar xəbərlər
- Sosial şəbəkədə intim xidmət təşkil edənlərə ağır cəza verildi
- Sosial şəbəkələrdə təhqir hansı məsuliyyətə səbəb olur?
- Sosial sığorta ehtiyatından istifadə ilə bağlı fərman
- Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı
- Sosial yardım alanların sayı azalıb
- Sosial ev almaq `ASAN`laşdı
- Sosial mənzillər kimlərə təklif olunacaq? - AÇIQLAMA
- Sosial şəbəkələrdə yayılan video köhnədir - Nazirlik açıqlama yaydı
- Sosial ev almaq istəyənlərin nəzərinə: Hamı qeydiyyatdan keçsin!
- Sosial mənzillərə qeydiyyat başlayır