“ASAN Könüllüləri”nə sertifikatlar verilib


17:28     13 İyul 2017 3%20(1)1.JPG

“ASAN-Master 2” layihəsində iştirak edən “ASAN Könüllüləri” Gənclər Təşkilatı üzvlərinin Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) təcrübə keçmələrinin başa çatması münasibətilə tədbir keçirilib.


RİH-dən Femida.az-a bildirilib ki, RİH başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, bir qrup “ASAN Könüllüləri” iştirak ediblər.

“ASAN Könüllü”lərindən Azər Ağayev könüllülərin fəaliyyəti barədə məlumat verib, Səma Tağıyeva, Elmar Kərimov və Elgün Məmmədov RİH-də keçdikləri iş təcrübəsindən danışıblar.

Cahangir Hacıyev ölkədə uğurlu gənclər siyasətindən bəhs edib, ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulayıb.

Aygün Əliyeva Azərbaycanın bir çox sahədə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını deyib.

Sonra “ASAN Könüllüləri"nə sertifikatlar təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 707