Dövlət bu şəxslərin nikahına icazə vermədi
18:21 14 İyul 2017
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291 431 nəfər keçib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 1 iyun 2015-ci il - 30 iyun 2017-cı il tarixində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən olunub.
Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 12036 nəfərdə talassemiya daşıyıcılığı, 1143 nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkar edilib.
2017-ci il ərzində 63137 nəfər müayinələrə cəlb edilib, 1853 şəxsdə talassemiya daşıyıcılığı, onlardan 19-da hər iki cütlük olmaqla daşıyıcılıq aşkarlanıb. 259 nəfərdə sifilis, 46 nəfərdə isə HİV1/2 QİCS qeydə alınıb.
Femida.az
Oxunub: 2236
Oxşar xəbərlər
- Dövlət obyektləri internetdə satılacaq
- Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi
- Dövlət Agentliyinin rəhbərliyi formalaşdırıldı
- Dövlət başçıları İlham Əliyevi təbrik edir
- Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
- Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İMTAHAN OLACAQ
- Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR
- Dövlət Xidmətindən fermerlərə - Xəbərdarlıq