Bakı və Qusarda oğurluq edən şəxslər saxlanılıb
17:37 17 İyul 2017
Bakı və Qusarda oğurluq edən şəxslər saxlanılıb.
Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Nizami rayonu 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisində "Fiat" markalı avtomobildən 4.000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Əşrəfov tutulub.
Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-nə keçən gecə Hil kəndi ərazisindəki kafelərdən birindən 20 manat, mağazalardan birindən isə 188 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən kənd sakini Dadaşbala Mürşüdov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyunun 15-də kənd ərazisindəki evlərdən birindən məişət əşyaları oğurlaması da müəyyənləşib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 885
Oxşar xəbərlər
- Bakıda daha bir yol çökdü - VİDEO
- Bakıda kişini döydülər
- Bakıda beş otaqlı ev yandı
- Bakıda qız anasını stəkanla döydü
- Bakıda mağazadan oğurluq - 17 min manatlıq
- Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr günü qeyd olundu
- Bakıdakı yanğında 5 nəfər zəhərlənib - RƏSMİ
- Bakı sakinləri ən çox hansı avtomobilləri sevir? - SORĞU
- Bakı neft də ucuzlaşdı - YENİLƏNİB
- Bakıda zəncirvari qəza - 6 maşın toqquşdu