24 yaşlı gənc əməliyyat masasında öldü


13:22     21 İyul 2017 1498564647_nocanvas_atrial-cirpinim-icin-maze-labirent-yontemi1498558674.jpg

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi baş verib.


Femida.az “Report”a istinadən xəbər verir ki, Ağdam rayonunun Əhmədağalı kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elçin İsmixan oğlu bağırsaq uzanması xəstəliyi ilə Ağcabədi RMX-ya müaciət edib.

Yaranmış vəziyyətin daha da kəskinləşməməsi üçün həkimlər onu 3 ay əvvəl əməliyyat ediblər. Ancaq ilk əməliyyat uğursuz alınıb. Daha sonra 24 yaşlı gənc 17 gün ərzində üç dəfə əməliyyat otağına girməli olub.

Ailə üzvləri iddia edir ki, Elçin Süleymanov sonuncu əməliyatında çoxlu qanitirmədən, daha doğrusu həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 4604