24 yaşlı qız özünü yandırdı - Göygöldə


02:31     07 Sentyabr 2017 ozunu%20yandirdi.jpg

Göygöldə 24 yaşlı qız özünü yandırıb.


Hadisə bu gün rayon Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.

Rayon sakini, 1993-cü il təvəllüdlü Ayşən Babayeva üzərinə neft tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb. Yanıq xəsarətləri alan A. Babayeva xəstəxanaya yerləşdirilib. Ona başın və bədənin 2-3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1014