Nardaran sakininin şikayəti təmin edilməyib


22:28     25 İyul 2017 1429886643_mehkeme-texir.jpg

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini İnqilab Əhədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub. Bununla əlaqədar İ.Əhədov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Əhədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 499