Nardaran hadisələrinə görə həbs edilmiş 4 nəfər azadlıqda


19:09     14 Sentyabr 2017 nardaran%20femida.jpg

Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin daha bir qrupu azadlığa buraxılıb.


Femida.az xəbər verir ki, məhkəmə qərarına əsasən 4 nəfər azadlığa buraxılıb. Onlar
Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyevdir.


Xatırladaq ki, həmin şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunmuşdular.


Həmin əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1307