Bu təşkilat Sülh Platformasına qoşuldu


14:37     27 İyul 2017 platforma.png

Rusiya Federasiyasının Volqoqrad şəhərində fəaliyyət göstərən "Dostluq Evi" regional ictimai təşkilatının Azərbaycan şöbəsinin ümumi məsələlər üzrə koordinatoru Tehran Hacıyev Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.


Sülh Platformasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yeganə düz yoldur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsini vacib olduğunu, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq, bu fəaliyyəti dəstəkləyirəm. Məqsədi Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq qurmaq və onu saxlamaq olan Ermənistan-Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Təəssüflə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Buna görə də məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 692