Azərbaycanda hemodializ xəstələrinin sayı artıb
15:28 27 İyul 2017
“Azərbaycanda 28 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edir. Hemodializ xəstələrindən 1329 nəfəri Bakı, 1983 nəfəri isə regionlardadır”.
Femida.az-ın xəbərinə görə, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Hemodializ şöbəsinin müdiri Mirhaşim Calalov deyib.
O bildirib ki, Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin 3, ən yaşlısının 85 yaşı var: “Hazırda 15 yaşa qədər 6 az yaşlı xəstə var. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar”.
“Xroniki Böyrək Çatışmazlığı” proqramı üzrə 719 nəfər böyrək köçürülmüş xəstənin olduğunu diqqətə çatdıran şöbə müdirinin sözlərinə görə, 2017-ci ildə 54 nəfərə böyrək köçürülüb: “Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına təmin edilirlər”.
M. Calalov qeyd edib ki, ötən illə müqayisədə bu il hemodializ xəstələrinin sayında 12% artım baş verib və ötən il 600 nəfər hemodializ xəstəsi vəfat edib.
“Bu il Zərdab və Masallıda yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15 aparatlıq ikinci hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu ilin iyul ayının əvvəllərində 3 saylı şəhər xəstəxanasında əlavə 12 aparat istifadəyə verilib”, - şöbə müdiri vurğulayıb.
Femida.az
Oxunub: 1131
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO