Sumqayıtda maqnitafonların qənimi tutuldu


16:06     28 İyul 2017 masin%20ogurluq%20maqnitafon.jpg

Sumqayıt şəhərində avtomobillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 11 avtomobildən pul, mobil telefon, maqnitafon, sənəd və geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rakim Babalıyev tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 834