Özbəkistan zabitlərinə Türkiyədə təlim keçiriləcək


00:04     29 İyul 2017 1501238127.jpg

Özbəkistan və Türkiyə müdafiə nazirləri təlimlərlə bağlı razılaşma imzalayıblar.


Bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, özbək hərbçilər Türkiyədə təlim və tədris proqramına cəlb olunacaqlar.

“Hər iki ölkə müdafiə nazirləri iclas keçirərək əməkdaşlıq barəsində razılıq əldə etdilər. Bu razılaşma hərbi sahədəki təcrübələrimizi gücləndirəcək”, deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 690