Məşhur “Qanuni oğru” güllələndi


17:02     24 Avqust 2015 100394.jpg


25 yaşlı kriminal avtoritet, Fransız ləqəbi ilə tanınan Maksim Fransuzov Rusiyada güllələnib.


Femida.az Rusiya KİV-nə istinadən xəbər verir ki, polis Fransıza evinin yaxınlığında naməlum şəxs tərəfindən 4 dəfə atəş açıldığını bildirib. Avtoritet yaxınlıqda yerləşən xəstəxənaya yerləşdirilib, hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar. Atəş açan şəxs axtarışdadır.


Qeyd edək ki, Maksim Fransuzov 2008-ci ildə oğurluq və soyğunçuluğa görə həbs edilmişdi.

Açar sözlər:

Oxunub: 1712