Kredit ödəməmək üçün görkəmini dəyişdi


19:57     29 İyul 2017 150131836916149042_1000x669.jpg

Çinli qadın banka 3,7 milyon dollar borcu olduğuna görə qaçıb gizlənmək istəyib.


Çinin Uxan şəhərində bir qadın kredit ödəməmək üçün üzərində plastik əməliyyat etdirib.

Məhkəmə qərar çıxarıb ki, qadın banka 25 milyon yuan, yəni təqribən 3,7 milyon dollar ödəməlidir. Buna görə də 59 yaşlı qadın aradan çıxmaq üçün plastik əməliyyat etdirib. Onu saxta sənədlərlə qatara bilet alarkən yaxalayıblar. Qadının öz fotoşəklinə qətiyyən bənzəmədiyini və xeyli cavan göründüyünü görən polislər çox təəccübləniblər. (Azərtac)

Femida.az

Açar sözlər:

Oxunub: 974