İrandan ABŞ-ın sanksiyalarına CAVAB


15:17     30 İyul 2017 amerika-iran--bayraq__1438769940.jpg

İran İslam Şura Məclisinin (parlament) Milli təhlükəsizlik komissiyası ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə mübarizəyə dair qanun layihəsini qəbul edib.


Femida.az APA-ya istinadən xəbər verir ki, komissiyanın sözçüsü Hüseyin Nakavi xarici işlər nazirinin müavinləri Abbas Əraqçı və Hasan Kaşkavi ilə fövqəladə toplantı keçirdiklərini bildirib.

Toplantıda ABŞ Konqresinin iyulun 27-də qəbul etdiyi sanksiya qərarı və İranın atacağı cavab addımları barədə müzakirə aparılıb. Müzakirələrdən sonra Milli təhlükəsizlik komissiyası ABŞ-ın sanksiyaları ilə mübarizəni nəzərdə tutan qanun layihəsini qəbul edib.

Xarici işlər nazirinin müavini Abbas Əraqçı "Fars" agentliyinə açıqlamasında bildirib ki, ABŞ İrana qarşı yeni sanksiya qərarı ilə Tehranla "Altılığ"-ın arasında əldə edilən nüvə razılaşmasının 26, 28 və 29-cu maddələrini pozub. A. Əraqçı İranın ABŞ-a mütləq cavab verəcəyini bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 987