60 yaşlı kişi həyat yoldaşını baltaladı
16:23 30 İyul 2017
Bərdə rayonunda 60 yaşlı kişi öz həyat yoldaşını baltalayıb.
Femida.az report.az-a istinadən bildirir ki, hadisə Rayonun Heydər Əliyev prospektində baş verib.
Səhər saatlarında 60 yaşlı Bərdə rayon sakini Mahir Allahverdiyev həyat yoldaşı 57 yaşlı Allahverdiyeva Diləfruz İsmayıl qızına bir neçə dəfə balta ilə zərbə endirib. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər reanimasiyada olan qadının vəziyyətinin ağır olduğunu deyirlər.
Hadisəni törədən Mahir Allahverdiyevi polis saxlayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Femida.az
Oxunub: 1021
Oxşar xəbərlər
- 60 yaşlı piyadanı avtomobil vurub
- 60 yaşlı kişi diri-diri yandı - DƏHŞƏTLİ FACİƏ
- 600 kq sarımsaq gömrükdən geri qaytarılıb
- 60 terrorçu zərərsizləşdirilib
- 60 yaşlı kişi əncir ağacından yıxıldı
- 600-dən çox bal toplayan gənclərin nəzərinə! - DİM sizi axtarır
- 60 minə yaxın insan Prezident təqaüdü alır
- 60 minə yaxın şagird imtahan verəcək
- 60 PKK terrorçusu məhv edilib
- 60 yaşlı qadını maşın vurdu