60 yaşlı kişi əncir ağacından yıxıldı


19:09     26 Avqust 2017 6_xestexana.jpg

Ağdaş rayonunda 60 yaşlı kişi əncir ağacından yıxılıb.


Hadisə rayonun Qolqəti kəndində baş verib.
Belə ki, əncir yığmaq üçün ağaca çıxan 1957-ci il təvəllüdlü Fərman Mustafa oğlu Hüseynov oradan yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı qohumlarının köməkliyi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, F.Hüseynov bədənin müxtəlif nahiyələrindən sıyrılmış-əzilmiş xəsarətlər alıb, onun hər iki qolu bilək nahiyəsindən sınıb: "Yaralının vəziyyəti orta-ağırdır və müalicəsi davam etdirilir".(Report)

Açar sözlər:

Oxunub: 763