60 minə yaxın insan Prezident təqaüdü alır


18:24     21 Avqust 2017 1420399378_pul-manat-cenubnews.jpg

Hazırda 58,8 min nəfərə Azərbaycan Prezidentinin təqaüdü verilir.


Dövlət Statistika Komitəsindən Femida.az -a bildirilib ki, bu ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 52950 nəfərə birdəfəlik müavinətlər ödəyib.
Onlardan 44438 nəfəri uşağın doğulmasına, 4394 nəfəri radiasiya qəzası nəticəsində əlil olan şəxslərin müalicəsi üçün müavinat alıb. Bundan başqa penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 2447 şəxsə müavinat və həyatını itirən 1671 nəfərin yaxınlarına dəfn pulu verilib.
2017-ci ilin iyulun 1-dək əmək xəsarəti və ya peşə xəstəliyi olan 432 nəfər zərərçəkən kompensasiya alıb.
Eyni zamanda, ölkədə 120,3 min aztəminatlı ailənin 498,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 10,7 faiz azalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1630