Bu şəxs metroda insanların cibinə girirmiş
20:00 01 Avqust 2017
Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elman Əliyev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
E.Əliyevin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir.
Qeyd olunub ki, şəkildə gördüyünüz şəxsin əməllərindən zərərçəkən varsa, bu barədə Metropolitendə Polis Şöbəsinə (012-490-02-42) müraciət edə bilər.
Femida.az
Oxunub: 1043
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI