Kürdəmirdə yanğın olub


22:00     01 Avqust 2017 13878640961363594763_yangin45sadas1.jpg

Kürdəmirdə yanğın hadisəsi baş verib.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin yanar konstruksiyaları 87 m2 sahədə yanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 845