Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib


14:59     04 Dekabr 2017 kurdemir9.jpg

Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib.


Hadisə gecə saatlarında rayonun Qarasaqqallı kəndində baş verib. Kənd sakini Məhəmməd Əliyevin fərdi təsərrüfatına hücum edən yırtıcılar 8 baş xırda buynuzlu heyvanı tələf edib, 3 baş heyvanı isə yaralayıb. Hadisə yerinə cəlb olunan baytarlıq idarəsinin əməkdaşları yaralı heyvanları vaksinasiya edib, ölən heyvanlar isə basdırılıb.

M. Əliyevin dediyinə görə, belə hadisələr kənddə tez-tez baş verir. Son 1 ayda kənd sakinlərinin fərdi təsərrüfatına vəhşi heyvanlar 11 dəfə hücum ediblər.

Sakinlər bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 574