Kürdəmirdə Seçki Dairəsində yanğın


17:44     19 Dekabr 2017 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64006.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb.



FHN-dən Femida.az-a verilən məlumatda bildirilir ki, Kürdəmir rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 m2 sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.


Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 840