Bu parklarda pulsuz “Wi-Fi” var


23:44     01 Avqust 2017 wifi-zone1.jpg

Bu gündən ödənişsiz “Wi-Fi”dan artıq Bakının “Qış parkı” və “Zabitlər parkı” ərazisində də yararlanmaq mümkündür.


Femida.az -ın Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar işlər “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də “Axundov”, “Sabir” və “Xaqani” bağlarında ödənişsiz “Wi-Fi” təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz “Wi-Fi”ın paytaxtın “Hüseyn Cavid” və “Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.

Açar sözlər:

Oxunub: 1127