Bu şirkətin fəaliyyəti dayandırılıb


00:44     25 Avqust 2015 sirket.jpg

Mədəniyyət və Turizm Nazirliyi "İnter Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətini dayandırıb.


Femida.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.1.2. və 5.1.4. bəndlərini rəhbər tutaraq, "İnter Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətinə (27.05.2011-ci il tarixli, qeydiyyat nömrəsi 224, seriya № 070496) turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) mədəniyyət və turizm nazirinin 390 nömrəli 19.08.2015-ci il tarixli əmrinə əsasən fəaliyyəti dayandırılır.

Açar sözlər:

Oxunub: 665