18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü - Söyüşə görə


17:44     03 Avqust 2017 bicaq93.jpg

Masallı rayon sakinini bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.


Ötən gün rayonun Şatroba kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin həmkəndlisi, 1999-cu il təvəllüdlü Qorxmaz Əmir oğlu Hüseynzadə olduğu müəyyən edilib. Q.Hüseynzadə şübhəli şəxs qismində saxlanılıb. Hadisəyə səbəb kimi T.Quliyevin ona söyüş söyməsi göstərilir.

Qeyd edək ki, kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev dünən bıçaq xəsarətləri ilə ağır vəziyyətdə kənd stadionunun yaxınlığında tapılıb. Xəstəxanaya aparılsa da, onu xilas etmək olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2069