18 qutu pirotexniki vasitə saxlanıldı


22:30     06 Dekabr 2017 15125615945961319270_1000x669.jpg

Gürcüstandan Azərbaycana gələn şəxsdə 18 qutu pirotexniki vasitə aşkarlanıb.


Dövlət Gömrük Komitəsindən Femida.az-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 2101" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətinə mütləq bəyan edilməli olan və ya gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb. Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin alt hissəsindən gömrük nəzarətindən gizlədilən, üzərində "BIG SILVER CRACKER" sözləri yazılan 18 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 536