18 yaşlı oğlan qonşusunu bıçaqladı


13:44     06 Noyabr 2017 bicaq93.jpg

Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.


Femida.az -ın xəbərinə görə, ötən gecə q şəhər sakini, 1999-cu il təvəllüdlü Osmanov Bəybala Murad oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu, 1996-cı il təvəllüdlü Abbasov Tural İntizam oğlunu bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan Tural Abbasov təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 922