Erməni Bakıda məhkəmə qarşısında


14:53     05 Avqust 2017 1442557655_mehkeme-zali.jpg

Bakı Apellyasiya Məhkəməsində Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Femida.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti hökmdən verilib. O, barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M. Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1663